16 
Apr
2021
11:27
387

Kobaxidze keçirdiyi görüş haqda açıqlama verdi

"Senatorlarla görüşdə Parlamentin fəaliyyəti ilə bağlı proseslərə xüsusi diqqət yetirdik".

InterPress.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Gürcüstanın nümayəndə heyəti senatorlar Gin Şahin və Ron Gonson-a Gürcüstanda gedən proseslər barədə ətraflı məlumat verib.

“Senatorlar Gin Şahin və Ron Gonson ilə çox maraqlı və səmimi bir görüş keçirdik. Bildiyiniz kimi, bölgəmizdə, xüsusən də Gürcüstanda gedən proseslərlə maraqlanırlar.
Bölgədə və Gürcüstanda proseslərin necə aparılacağı barədə senatorlara bir daha ətraflı məlumat verdik. Əlbətdə ki, dialoq prosesinə, Parlamentin fəaliyyəti ilə bağlı proseslərə xüsusi diqqət yetirdik. Dostlarımızın fikirlərini və məsləhətlərini dinləmək bizim üçün çox vacib idi. Təbii ki, bu tövsiyələr və fikirlər sonrakı addımları atdığımız zaman nəzərə alınacaq", - dedi İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər