02 
Apr
2020
12:02
745

Gürcüstan Milli Bankının 7 əməkdaşı koronavirusa yoluxdu

Gürcüstan Milli Bankının 7 əməkdaşında yeni növ koronavirusa (COVİD-19) yoluxma təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə “Commersant.ge” xəbər saytı məlumat yayıb. Bildirilib ki, Milli Bankın heyət üzvlərindən birində bir həftə öncə virusun simptomları aşkar edilib və bundan sonra onunla birbaşa ünsiyyətdə olan həmkarları təcrid ediliblər. Özünütəcrid edən digər heyət üzvlərindən yeddisində daha sonra virusa yoluxma təsdiqlənib.

Yoluxma ilə əlaqədar onların müvafiq xəstəxanalara yerləşdirilməsinə başlanılıb. Yoluxanların mümkün kontaktlarının öyrənilməsi məqsədi ilə intensiv epidemoloji araşdırmalara başlanıldığı qeyd olunub.

Qeyd edək ki, Gürcüstan Milli Bankının işçilərinin 90%-i hazırda distant formada fəaliyyət göstərirlər.

Bizimlə əlaqə saxlayın