15 
Apr
2021
12:53
238

Kaladze öz səhhəti ilə bağlı açıqlama verdi

"Özümü yaxşı hiss edirəm və bazar ertəsindən etibarən işimə davam edəcəyəm’’.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Bələdiyyə meri Kaxa Kaladze açıqlama verib.

Onun dediyinə görə özünü yaxşı hiss edir və bazar ertəsindən etibarən fəaliyyətini həmişəki kimi davam etdirəcək.

Kaladzenin, Facebook sosial şəbəkəsində canlı efirdə qeyd etdiyinə görə, o, əlavə müayinələrdən keçib.

‘’Bütün müayənələrdən keçdim və hər cəhətdən yaxşı olduğum üçün xoşbəxtəm. Bazar ertəsindən etibarən işimə tam qayıdacağam və paytaxtın ehtiyac duyduğu bütün vacib layihələri həyata keçirəcəyik”,-dedi Kaladze.

Qeyd edək ki, Kaxa Kaladze bir neçə günlük müalicədən sonra aprelin 4-də klinikadan evə buraxılmışdı. Kaxa Kaladzedə Vestibulopatiya müşahidə edilib. O, klinikadan çıxdıqdan sonra səhhətini yoxlatmaq üçün xaricə səfər etmişdi.

Bizimlə əlaqə saxlayın