02 
Apr
2020
10:37
1027

Hökumət adminstrasiyası Azərbaycan dilində yalan xəbər yayanlara xəbərdarlıq etdi

Gürcüstan hökuməti mətbuat xidmətində sosial şəbəkə və bir neçə vebsəhifədə gürcü və Azərbaycan dillərində yayılan dezinformasiyalara münasibət bildirib.

InterPress.ge xəbər verir ki, hökumət adminstrasiyası bu cür rəsmi olmayan mılumatlara inanmamağa çağrır.

“Gürcüstan hökumətinin qərarına müvafiq olaraq, fövqəladə vəziyyətin müddəti 2020 il 21 apreldək qüvvədədir. İctimaiyyətə müraciət edirik, üzdəniraq feyknyuslara uymamasınlar, maksimal olaraq diqqətli olsunlar və fövqəladə vəziyyət çərçivəsində tədbiq olunmuş məhdudiyyətləri müdafiə etsinlər, əks təqdirdə qanun ilə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir”, – hökumət administrasiyası mətbuat xidmətində bildirilib.

Qeyd edək ki, 1 apreldə mənbəyi bilinməyən dezinformasiya yayıldı ki, 2 aprel tarixindən Gürcüstanda karantin götürülür. Bu tamami ilə yalan xəbərdir və bu cür rəsmi olmayan xəbərlərə inanmamağa çağrırıq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər