15 
Apr
2021
08:47
177

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı

ABŞ prezidenti Co Bayden Əfqanıstanda yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin mayın 1-dən etibarən çıxarılacağını bildirib.

InterPress.ge-nin “Anadolu” Agentliyinə istinadən məlumatına görə, dövlət başçısı cari ilin sentyabrın 11-dək ABŞ ordusunun Əfqanıstanı tərk edəcəyini bəyan edib.

Prezidentin sözlərinə görə, o, rəsmi Kabil və NATO üzrə müttəfiqləri ilə məsləhətləşmələrdən sonra ABŞ-ın Əfqanıstandakı müharibəsinə son qoymağı qərara alıb.

Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ hərbçilərinin ölkədəki mövcudluğu burada sabit hökumətin yaradılmasına kömək etməyəcək.

NATO-nun baş katibi Yens Stolenberq də alyansın qoşunlarının mayın 1-dən etibarən Əfqanıstandan çıxarılmağa başlayacağını təsdiqləyib.

O bildirib ki, NATO Əfqanıstana ABŞ-la birlikdə daxil olub və birlikdə də çıxacaq.

Bizimlə əlaqə saxlayın