Rustavi şəhərində, 17-ci mikrorayonda 13 yaşlı qız 3-cü mərtəbədən yıxılaraq həyətdə dayanan avtomobilin üzərinə düşüb.
InterPress.ge xəbər verir ki, yaralanan yeniyetmə İaşvili Uşaq Xəstəxanasına aparılıb.
Həkimlərin sözlərinə görə, səhhətinin vəziyyəti stabildir və yıxıldıqdan sonra həyati təhlükəsi üçün heç bir xəsarət almayıb.
