14 
Apr
2021
19:04
1018

Ortacalada polis və vətəndaşlar arasında qarşıdurma baş verdi

Ortacalada baş tutan aksiyada "Gürcüstan" hərəkatı üzvlərinin ilə Daxili İşlər Nazirliyinin nümayəndələri arasında qarşıdurma yaranıb.

InterPress.ge xəbər verir ki, aktivistlər hüquq-mühafizə orqanları tərəfindən icazə verilməyən binaya giriş tələb etdilər. Bundan sonra Nazirliyin ərazisini tərk ediblər, ancaq bunun ardınca qarşıdurma yaranib.

Qarşıdurma zamanı bir neçə nəfərin həbs olunduğu iddia edilir.

Məlumat üçün bildirək ki, etirazçılar ictimai fəal Qiorqi Mumladzenin tutulmasına etiraz edir və Daxili İşlər Nazirliyini onu sərbəst buraxmağa çağırırlar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qiorqi Mumladze, Gürcü Arzusu ofisinin qarşısında keçirilən mitinq zamanı polislərə müqavimət göstərmək və fiziki hücum etmək ittihamı ilə saxlanılıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cinayət 2 ildən 5 ilə qədər həbs cəzası ilə nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın