Gürcüstan vətəndaşlarını xarici ölkələrdən təxliyə etməyə davam edir
Bolqarıstanın Burqas şəhərində Gürcüstana qayıtmaq istəyən ölkə vətəndaşları xüsusi uçuşla Gürcüstana gətiriləcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.
Yüzə qədər Gürcüstan vətəndaşı Myway Hava Yollarının xüsusi reysi ilə vətənlərinə çatdırılacaq.
Sərnişinləri qorumaq üçün onlar şaxmat düzlüşü şəklində təyyarədə oturacaqlar. Təyyarənin heyəti lazımi səviyyədə təchiz ediləcəkdir. Gəldikdən sonra hər kəs məcburi karantinə yerləşdiriləcəkdir.
Aprel ayının birinci yarısında hökumət Almaniya, Hollandiya, Polşa, Yunanıstan və Kiprdə yaşayan Gürcüstan vətəndaşlarının geri qayıtması üçün xüsusi uçuşları həyata keçirməyə davam edəcək.
Qeyd edək ki, Gürcüstan digər ölkələrlə hava əlaqəsini tamamilə dayandırıb. Yalnız xüsusi reysləri həyata keçirilir.


