14 
Apr
2021
14:58
295

"Gürcü Arzusu"nu tərk edən deputatlar çox güman ki, parlament postundan da ayrılmalı olacaqlar

Parlament çoxluğu və Gürcü Arzusu fraksiyasının tərkibindən keçmiş Baş nazir Qiorqi Qaxarianın komandasına qoşulan altı millət vəkilindən üçü: Qiorqi Xogevanişvili, Alexander Moçerelia və Beka Liluaşvili parlament nümayəndələridirlər.

InterPress.ge xəbər verir ki, onlar fraksiyadan çıxdıqları təqdirdə, çox güman ki, deputat postlarını itirəcəklər. Parlament qaydaları buna imkan verir.

Qiorqi Xogevanişvili Parlamentin Regional İşlər və Özünüidarəetmə Komitəsi sədrinin birinci müavinidir.

Aleksandre Moçerelia- Aqrar Məsələlər Komitəsi sədrinin birinci müavinidir.

Beka Liluaşvili- Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsi sədrinin birinci müavinidir.

Bu gün baş tutan brifinqdə verdikləri açıqlamalarında deputat postlarından ayrılmaq barədə fikir bildirmədilər.

Reqlamentə görə, fraksiyanı tərk etdikdən sonra millət vəkilləri fraksiya kvotası ilə komitə üzvü olduqları üçün komitədən üzvlüyündən çıxaırlacaqlar. Deputatlar fraksiya üzvü olmadıqda, komitə üzvü də ola bilməyəcəklər və nəticədə komitə sədrinin birinci müavini vəzifəsini tuta bilməyəcəklər.

Qeyd edək ki, Gürcü Arzusu millət vəkilləri: - Qiorqi Xogevanişvili, Aleksandre Moçerelia, Beka Liluaşvili, Şalva Kereselidze, Mixeil Dauşvili və Ana Buçukuri hakim partiyanı və parlament çoxluğunu tərk etdilər. Onların bu addımı ilə 90 üzvlü Gürcü Arzusunun çoxluğu 84 üzvə endirildi.

Bizimlə əlaqə saxlayın