14 
Apr
2021
13:30
433

Marneulidə Linqua təhsil mərkəzində görüş keçirildi

Marneulidə gənclərlə və yuxarı yaş qrupunun nümayəndələrilə görüş keçirildi.

InterPress.ge xəbər verir ki, görüş Linqua təhsil mərkəzində baş tutdu.

Layihə USAİD və Çexiya Xarici İşlər Nazirliyinin birgə səyi nəticəsində Amerika Dövlət Departamenti Proqramı çərçivəsində həyata keçirilir. USAİD VƏ Çexiya Xarici İşlər Nazirliyi Çex Təşkilatları Konsorsiumla əməkdaşlıq edəcək. Bu əməkdaşlığa "People İn Need" o cümlədən, European Value Center və Transition Online rəhbərlik edəcək. Proqram 2020- ci il Parlament seçkiləri və 2021- ci il yerli seçkilər kontekstində Gürcüstanın müstəqil mediası dayanışmasının gücləndirilməsi məqsədini daşıyır.

USAİD və Çexiya Xarici İşlər Nazirliyi tərəfdaşlığının məqsədi Gürcüstan əhalisinin xarici zərərli təsir və dezinformasiyaya qarşı dayanışmanı gücləndirməkdir. Gürcüstanda vətəndaş dayanışmasının güclənməsi demokratiyaya dəstək proqramı ilə birlikdə ölkədə dezinformasiyaya qarşı mübarizəyə kömək edəcək və bununla ölkədə hesabdar demokratiyanın inkişafına imkan yaradacaqdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər