14 
Apr
2021
13:01
276

“Gürcü Arzusu”nun ofisi qarşısında etiraz aksiyası keçirilir

“Gürcüstan Üçün Hərəkat”ı, “Gürcü Arzusu”nun ofisinin qarşısında etiraz aksiyası keçirir.

InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanları ilə aktivistlər arasında qarşıdurma olub, dörd etirazçı saxlanılıb.

Mülki fəalların əsas tələbi işğal altındakı ərazilərdən gəlmiş vətəndaşlar üçün beş günlük karantin rejiminin ləğv edilməsidir.

Onların sözlərinə görə, bu yanaşma ayrı-seçkilikdir və bu, işğal olunmuş ərazilərin sakinləri üçün bir çox çətinlik yaradır.

"Gürcüstan Üçün Hərəkat"ın üzvlərinin dediklərinə görə, bu vəziyyətdə hökumət üçün alternativ işğal olunmuş ərazilərdən gələn vətəndaşları “Kovid-19” testindən keçirməkdir.

Vətəndaş aktivistlərinin bildirdiklərinə görə, karantin otellərinin təşkili maddi qazanc görmək istəyən konkret şəxslərin marağındadır.

Bizimlə əlaqə saxlayın