14 
Apr
2021
12:21
296

Ana Buçukuri: "Qiorqi Qaxaria ilə birlikdə qərar verdik ki, bu gündən etibarən partiya quruculuğunun aktiv mərhələsinə başlayaq"

"Qiorqi Qaxaria ilə birlikdə bu gündən partiya quruculuğunun aktiv mərhələsinə başlayacağımıza dair qərar verdik".

InterPress.ge xəbər verir ki, bu barədə millət vəkili Ana Buçukuri bugünkü brifinqdə bildirib.

Ana Buçukurinin qeyd etdiyinə görə, bu qərar “Gürcü Arzusu”nun üzvləri üçün gözlənilməz deyil.

"Qiorqi Qaxaria ilə birlikdə qərar verdik ki, bu gündən etibarən partiya quruculuğunun aktiv mərhələsinə başlayaq, bu səbəbdən fraksiya və "Gürcü Arzusu" partiyasından ayrılırıq. Bu qərar "Gürcü Arzusu" üçün gözlənilməz deyil. Gələcək planlara gəldikdə, Qiorqi Qaxaria ilə birlikdə yaxın gələcəkdə ictimaiyyətə daha çox məlumat verəcəyik", - dedi Ana Buçukuri.

Məlumat üçün bildirək ki, Gürcüstan Parlamentinin beş üzvü bu gün "Gürcü Arzusu" partiyasını tərk etdi. Qori və Kaspi majoritar millət vəkili Qiorqi Xocevanişvili bu barədə Parlamentdəki brifinqdə bildirdi.

Bizimlə əlaqə saxlayın