Gürcüstan Parlamentinin beş üzvü "Gürcü Arzusu" partiyasını tərk edir.
InterPress.ge xəbər verir ki, bu barədə Qori və Kaspi majoritar millət vəkili Qiorqi Xocevanişvili parlamentdəki brifinqdə bildirib.
Xocevanişvili ilə yanaşı bu millət vəkilləri də partiyanı tərk edirlər: Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Mocerelia, Mixeil Dauşvili.
Qiorqi Xocevanişvilinin dediyinə görə, bu insanlar Qiorqi Qaxaria-nın komandasının üzvləridir və bu gündən partiya quruculuğu mərhələsinə keçəcəklər. Müstəqil millət vəkili kimi fəaliyyətlərini davam etdirəcəklər.
