
Polis və etirazçılar arasında qarşıdurma baş verdi - Saxlanılanlar var
Qumati kəndi yaxınlığında Enka tikinti sahəsində baş verən qarşıdurma zamanı bir neçə nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Namaxvani SES-ə qarşı çıxan etirazçılar bildirib.
Etirazçılar və hüquq-mühafizə orqanları arasında qarşıdurma “Enka” şirkətinə məxsus avtomobillərin ərazidə görünməsindən sonra başlayıb. Etirazçılar, nəqliyyat vasitələrini əl- elə verərək qarşılayıblar, polis isə onlara qarşı güc tətbiq edib.
Etirazçılardan biri Varlam Qoletianinin verdiyi məlumata görə, aksiyada təxminən on nəfər nəzarətə alındı.
"Hökümətin repressiv əli bizə qarşı yönəlib. Oğlanlar əl-ələ verib Enkanın maşınlarıını qarşıladılar, polis isə güc tətbiq etməyə başladı.
Etirazçıların bildirdiyinə görə, etirazlar həmişəki kimi davam edəcək. "Enka" şirkətinin Rioni dərəsində perspektivi yoxdur.
Etirazçılar polisdən Qumati yaxınlığında quraşdırılmış nəzarət-buraxılış məntəqəsini götürmələrini və Namaxvaniyə tərəf hərəkət etmələrini tələb etdilər. Hüquq mühafizəçiləri isə toplaşanları yolu açmağa çağırırlar.