13 
Apr
2021
23:05
1718

Marneuli meriyasının işçisi özbaşınalıq olduğunu elan edib işindən ayrıldı - FOTO

Marneuli Bələdiyyəsinin Meriyasının Nəzarətçi Xidmətinin nümayəndəsi Təmkin Nağıyev bu gün istefa verdi.

InterPress.ge xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində qeyd edib.

Onun qeyd etdiyinə görə, istefasının səbəblərindən biri işlədiyi mühitdə haqsızlıq və özbaşınalıqdır.

"Əziz dostlar, müəyyən səbəblərə və fikir ayrılıqlarına görə bu gün Marneuli Bələdiyyəsindəki işimdən könüllü olaraq ayrıldım. Təhsilli və həqiqətin tərəfdaşı olaraq qanunun hökm sürmədiyi, özbaşınalığın baş alıb getdiyi, təhsilə və əməyə dəyər verilməyən, uğur qazanmaq üçün sadəcə və sadəcə müəyyən şəxslərin maraqlarını qorumalı olduğun yerdə qala da bilməzdim. Əminəm ki, bu addım bir çox uğurun açarı olacaq"- Təmkin Nağıyev.

Qeyd edək ki, Təmkin Nağıyev 2019- cu ildən bu günədək Marneuli Bələdiyyəsinin Meriyasında çalışıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər