13 
Apr
2021
20:55
916

Marneuli bələdiyyəsi merinin nümayəndəsi Yağılca küçəsinin sakinləri ilə görüşdü - VİDEO

Marneulinin Yağılca küçəsində 40 ailə yaşayır. Onların yaşadığı ərazidə bir çox problem var ki, yerli sakinləri ciddi narahat edir. Yağan yağışın sözügedən küçə sakinlərinə törətdiyi fəsadlar, küçə işıqlandırılmasının, yolun və içməli suyun olmaması sakinləri çıxılmaz vəziyyətdə qoyub.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin açıqlamalarına görə, yağış yağarkən həyətdə toplanan su antisanitariya mənbəyinə çevrilir, yağan yağış hər dəfə evlərə dolur və nəticədə evin infrastrukturuna ciddi ziyan dəyir.

Yağılca küçəsinin sakinlərini narahat edən küçə işıqlandırılmasının, yolun və içməli suyun olmamasıdır.

Yağılca küçəsində InterPress.ge tərəfindən aparılan çəkilişdən sonra Marneuli bələdiyyəsi merinin nümayəndəsi əraziyə gedərək yerli sakinlərlə görüşdü və mövcud problemlərin yaxın gələcəkdə həll olunacağını açıqladı.

Bizimlə əlaqə saxlayın