Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycan Prezidenti İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar

411
Azərbaycan Prezidenti İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dinləmək üçün basın

“İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini…

“İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşularımızla müzakirə etmişik”.

InterPress.ge AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Xəzəryanı qonşularla əlaqələr çox uğurla inkişaf edir və dövlətin onların hər biri ilə xüsusi əməkdaşlıq yolu var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib.

“Bizim okeana birbaşa çıxışımız olmasa da, Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub. Lakin əməkdaşlıq yalnız bununla bitmir. Biz birgə ticarəti artırmaq, daha yaxşı imkanlar əldə etmək üçün çox sıx işləyirik”- İlham Əliyev.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →