Nika Melia: “Məhkəmənin təqlididir, ya Rustaviyə buraxın, ya da çölə”
“Məhkəmənin təqlididir, ya Rustaviyə buraxın, ya da çölə”.
InterPress.ge xəbər verir ki, “Vahid Milli Hərəkat”ın sədri Nika Melia bu sözlərlə hakimə müraciət edib.
O, vəkilləri və hakimləri prosesi tezliklə başa vurmağa çağırıb.
“Bu prosesi tezliklə bitirək, məhkəmədə olduğumuzu etiraf edirik. Tələbim prosesi tezliklə bitirməkdir, elan edəcəyiniz qərarı artıq bilirəm ...
Guya mən arzum daxilində girov deyilən şeyi ödəməyi bacarıram, sizdən soruşuram, istəyim daxilində girovu ödəyə bilərəmmi? Yox, əlbətdə ki, yox, bunu məndən yaxşı bilirsiniz. Neçə min lari ödəyim? Heç kim bilmir, çünki heç bir hüquqi sənəd yoxdur.
2 aydır danışan prokurorlar burada otururlar, Melia açıq qapıda həbsədədir və çıxmır deyirlər. Niyə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmırlar? Qanunsuz olduğu üçün ödəmirəm.
Bu məhkəmənin təqlididir, ya Rustaviyə buraxn, ya da çölə”, - dedi Melia.


