Nika Melia məhkəmədə Qiorqi Qaxarianın istefası ilə bağlı danışdı
"Qaxaria mənim həbsimə qarşı çıxsaydı, onun ən yaxın dostu millət vəkilləri toxunulmazlığımı qaldırmazdı".
InterPress.ge xəbər verir ki, bu barədə məhkəmə zamanı “Vahid Millət Hərəkat”ın sədri Nika Melia bildirib.
Melia vəkillərin vəsatəti ilə bağlı mövqe bildirmədən əvvəl məhkəmə salonundakı dostlarına və tərəfdarlarına təşəkkür edib. Bundan əlavə, hakim Nino Çaxnaşviliyə də müraciət edib.
"Mən sizin də var olduğunuza, mənə enerji verdiyinizə, həvəs verdiyinizə görə sizə təşəkkür etmək istəyirəm, sizin var olduğunuzu bilmək və cənab Quliaşvili kimi prokurorun olduğunu bilmək mənə motivasiya verir. Vəkillərin vəsatətləri sözsüz qəbul edilməldir, söhbət Daxili İşlər Nazirinin keçmiş əməkdaşından gedir, hansı ki, bunun Daxili İşlər Nazirinin müavinin tağşırığı olduğunu dedi, burada yerləşdirilən materialları o iş əhatəsində saxtalaşdırırdı. Necə ola bilər ki, siz iş barədə həqiqətləri öyrənmək istəyəsiniz və bu insanları sorğu-suala çəkmək istəməyəsiniz? Əgər bu vəsatəti qabul etməsəniz, sizin və mənim nəyə xidmət etdiyimiz bir çox insan üçün aydın olacaq. Burada həbsimi müzakirə etməzdən əvvəl, o insanlar qərar vermişdilər,həbsə getməyim barədə siyasi rəhbərlər qərar almışdırlar. Bu adam etiraf etdi ki, Qaxaria və mən Melianın tutulması barədə razılığa gəldik. Əlbəttə, Qaxaria və Kobaxidze mənim həbs olunmağım barədə razılıq qəbul etdilər. İndi Qaxaria özünü həbsimə qarşı çıxmış kimi göstərməyə çalışır, əgər həbs olunmağımın əleyhinə olsaydı, ən yaxın dostu millət vəkilləri toxunulmazlığımı qaldırmazdı”, - dedi Qaxaria.


