Gürcüstanda sərin və yağışlı hava 14 aprel səhərədək davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Aprelin 14-də Qərbi Gürcüstanda hava nisbətən açılacaq, aprelin 16-dək yağış yağmayacaq. Aprelin 13-də Gürcüstanın qərbində hava istiliyi +7, +12, şərqi Gürcüstanda +12, +17 olacaq.
14-16 aprel tarixlərində ölkənin şərq bölgələrinin bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aran bölgələrində havanın temperaturu +17, +22 dərəcəyə yüksələcək.
Tbilisidə qısamüddətli yağış və şimşək müşahidə oluna bilər. Hava istiliyi 13 aprel tarixində +14, +16, 14-16 aprel tarixlərində +19, +21 dərəcə olacaq.
