"Lelo" üzvləri Ukrayna səfirliyinə dəstək aksiyası keçiriblər
“Lelo”nun liderlər və gənclər təşkilatının üzvləri Ukrayna səfirliyi yaxınlığında dəstək aksiyası keçirib.
InterPress.ge xəbər verir ki, aksiyada toplaşanlar Ukrayna ilə həmrəy olduqlarını ifadə ediblər.
“Lelo”nun üzvü Lana Qaldavanın dediyinə görə, Ukrayna və Gürcüstanın oxşar təhdidləri var və bunun üçün beynəlxalq tərəfdaşlardan dəstək almaq vacibdir.
"Həmrəyliyimiz strateji tərəfdaşımız Ukraynayadır. Gürcüstan və Ukrayna işğal, aneksiya baxımından eyni təhdidlərə sahibdir. Beynəlxalq tərəfdaşlarımızı yanımızda olmağa çağırırıq, çünki Gürcüstan və Ukrayna təhlükəsiz bir mühitə ehtiyac duyur. Qara dəniz məsələsi də həyati əhəmiyyət daşıyır. Bundan əlavə Ukrayna və Gürcüstanın eyni təhdidləri var, bir yolumuz var, bu da Avropa ailəsinə və NATO-ya qoşulmaqdır.
Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov, “Lelo” rəhbərlərinə və gənclər təşkilatının üzvlərinə göstərdikləri dəstəyə görə təşəkkür edib və Gürcüstan və Ukraynanın hər zaman bir yerdə olduqlarını qeyd edib.


