1 USD = 3.32 GEL 1 1 EUR = 3.964 GEL 1 AZN = 1.951 GEL 1 TRY = 0.442 GEL 1 RUB = 4.452 GEL
26 
Yan
2020
20:13
338

Çinin Vuhan şəhərini 5 milyondan çox insan tərk edib

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) və Yeni il bayramına görə Vuhan şəhərini 5 milyondan çox insan tərk edib.

İnterPress.ge Report-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Cjou Syanvan məlumat verib.

Onun sözlərinə görə, hazırda şəhərdə 9 milyon sakin qalıb. O, həmçinin əlavə edib ki, virusa yoluxanların sayı daha min nəfər arta bilər:

“Hazırda 2209 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onların analizlərinin cavabını gözləyirik. Bunun üçün müəyyən vaxt lazımdır. Eyni zamanda 637 pasiyentdə yüksək qızdırma müşahidə olunur.

Təxminlərimizə görə, hal-hazırda yoxlanılan 2.7 min insanın 45 faizinə virusa yoluxma diaqnozu qoyulacaq. Odur ki, müalicəyə daha minə yaxın insan cəlb edilə bilər”. 

Bizimlə əlaqə saxlayın