Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Meksikada həyəcan təbili: Ölümcül təhlükəli radioaktiv qurğu oğurlanıb - FOTO

373
Meksikada həyəcan təbili: Ölümcül təhlükəli radioaktiv qurğu oğurlanıb - FOTO
Dinləmək üçün basın

Meksika Nüvə Təhlükəsizliyi Komissiyası içində potensial olaraq ölümcül “İridium-192” elementi olan sənaye radioqrafiya avadanlığının oğurlanmasından sonra doqquz əyalətə xəbərdarlıq yollayıb.

Meksika Nüvə Təhlükəsizliyi Komissiyası içində potensial olaraq ölümcül “İridium-192” elementi olan sənaye radioqrafiya avadanlığının oğurlanmasından sonra doqquz əyalətə xəbərdarlıq yollayıb.

InterPress.ge-nin məlumatına görə, bu barədə agentliyin “Twitter” səhifəsində deyilir.

Bildirilir ki, “Delta 880” modelli “QSA Global” cihazı aprelin 11-də Mexiko ştatının Teoloyukan bələdiyyəsinin girişində “Garantia de Calidad” şirkətindən oğurlanıb.

Məlumatda deyilir ki, “Toyota Hilux” pikapı ilə seriya nömrəsi “TT3303” olan və indiki aktivliyi 68.89 Küri hesablanan “İridium-192” radioaktiv mənbəli konteyner aparılıb.

Mülki müdafiə xidməti radioaktiv mənbənin çıxarılması və ya manipulyasiyasının sağlamlığın geri dönülməz nəticələrinə, hətta ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

Meksikanın federal və regional rəhbərliyi oğurluqla əlaqədar ictimai axtarış və qoruma protokollarını işə salıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →