01 
Apr
2020
11:22
920

Gürcüstan XİN: Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımırıq

"Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri"ni tanımırıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet saytında yerləşdirilmiş bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin tərəfdarıdır.

"Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 31 mart 2020-ci ildə Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident və parlament seçkiləri"ni tanımır. Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir", - deyə bəyanatda bildirilib.

Bizimlə əlaqə saxlayın