12 
Apr
2021
16:19
579

Gürcüstanda bu günədək peyvənd olunanlardan neçə nəfərdə yan təsirlər aşkar olunub? - AÇIQLAMA

“Peyvənddən sonra 34 nəfər yan təsirlərə məruz qalıb’’.

InterPress.ge xəbər verir ki,bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze məlumat verib.

Qamğrelidzenin qeyd etdiyi kimi, müəyyən edilmiş hallardan 7-si ağır idi. "Bizim immunizasiyanın əlavə fəsadlarını və yan təsirlərini qeyd etmək üçün uyğun bir komitəmiz var, uyğun bir forma yaradılıb və bu cür yan təsirlər aşkar edildiyi təqdirdə tibb müəssisələri tərəfindən doldurulur. Hal-hazırda belə bir yan təsirlərdən 34-ü rəsmi olaraq qeydə alınıb, bunlardan 7-si daha ağır, qalanlarının veziyyeti isə nisbətən daha yaxşıdır”- dedi Qamğrelidze.

Məlumat üçün bildirək ki, bu səhərədək ölkədə 20 622 nəfər, dünən isə 928 nəfər peyvənd olunub. Son bir həftədə orta peyvəndləmə nisbəti 1200 nəfərə yaxındır.

Bizimlə əlaqə saxlayın