12 
Apr
2021
12:30
545

Kvemo Kartlidə neçə nəfər sosial yardım bazasında qeydiyyatdan keçib?

Ölkədə sosial müavinət alanların sayı artmaqdadır.

InterPress.ge xəbər verir ki, bu barədə Sosial Xidmət Agentliyindən məlumat verilib.

Statistika yalnız illik deyil, aylıq olaraq da artır. Xüsusilə son bir ildə son dərəcə yoxsul insanların sayı təxminən 18% artıb. Statistikaya görə, 2020-ci ilin mart ayında sosial müavinət alanların sayı 458 468, 2021-ci ilin mart ayında isə 541 764 nəfər olub ki, bu da ümumi əhalinin 14,5% -ni təşkil edir.

2021-ci ilin fevral ayına qədər 535 516 nəfər, yanvar ayında isə 532 242 nəfər yardım alırdı.

2021-ci ilin mart ayında Tbilisidə 115 355 nəfər sosial müavinət almışdı, keçən ilin eyni dövründə isə yoxsul vəziyyətdə yaşayan 93 600 nəfər qeydiyyata alınıb.

Kaxeti - 2021-ci ilin mart ayında- 55 794 nəfər, 2020- ci ilin eyni dövründə - 48 020 nəfər müavinət alıb

Quriya 2021-ci ilin martında - 22 551 nəfər, 2020-ci ilin martında - 19 449 nəfər yoxsulluq həddindədir

Raca - Leçxumi və Kvemo Svaneti - 2021- ci ilin mart ayında 13 907, 2020-ci ilin eyni dövründə - 12 779 nəfər

İmereti – 2021- ci ilin mart ayında - 69 939 nəfər, keçən ilin eyni dövründə - 59 849 nəfər

Mçxeta-Mtianeti - 2021-ci ilin martında - 16 407, keçən ilin eyni dövründə - 14 213 nəfər

Sameqrelo Zemo Svaneti - 2021- ci ilin mart ayında 67.149 nəfər - keçən il mart ayında 59.450 nəfər

Samçxe-Gavaxeti - 2021-ci ilin martında - 14 278 nəfər - 2020-ci ilin martında - 11 931 nəfər

Kvemo Kartli – 2021- ci ilin mart ayında- 64 383 nəfər, 2020-ci ilin eyni dövründə - 49 823 nəfər

Şida Kartli – 2021- ci ilin mart ayında 49 455 nəfər - keçən ilin mart ayında 44 236 nəfər

Acarıstan Muxtar Respublikası - 2021-ci ilin mart ayında 53 546 nəfər - 2020-ci ilin eyni dövründə 44 918 nəfər.

Sosial Xidmət Agentliyinin məlumat bazasında qeydiyyatdan keçənlərin, yəni kasıb olduqlarını və köməyə ehtiyacı olduğunu düşünənlərin sayının milyonu keçməsi diqqət çəkir. Daha konkret olaraq, 2020-ci ilin mart ayında bu insanların sayı 922 247 nəfər idi və bu gün social yardım bazasında 1 033 051 nəfər qeydiyyatdan keçib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər