Gürcüstanda neçə nəfər süni nəfəs aparatındadır? - AÇIQLAMA
Gürcüstanda koronavirusa yoluxan 79 xəstə süni nəfəs aparatındadır.
InterPress.ge xəbər verir ki,bu barədə hökumət tərəfindən yaradılmış Stopcov.ge-de məlumat yayılıb.
Bu mərhələdə Tbilisidə 190, Acarıstanda 43 və İmeretidə 63 xəstə daxil olmaqla vəziyyəti ağır olan 380 xəstə var. Süni nəfəs aparatında olan 79 xəstə var ki, bunlardan 51-i Tbilisidə, 5-i Acarada, 8-i İmeretidə, 295 nəfər covid mehmanxanalarda, o cümlədən 184-ü Tbilisidə, 106-sı Acarada, 4300 nəfər evdə virusa qarşı müalicə alır. Hazırda Gürcüstanda 288.755 nəfərdə koronavirus halı təsdiqlənib. Bunlardan 277.829-u sağalıb, 3.883 nəfər isə dünyasını dəyişib.
Dünya Səhiyyə Təşkilatı 11 mart 2020- ci il tarixində koronavirus pandemiyasını elan etmişdi. Bundan əvvəl, 30 yanvarda ÜST koronavirusu qlobal təhlükə olaraq açıqlamışdı. Çində pnevmoniya partlayışı 2019- cu ilin dekabrında başlayıb. Buna əvvəllər də məlum olmayan koronavirus ştammı səbəb olur. 21 yanvar tarixində Çin koronavirusun yoluxucu olduğunu təsdiqləmişdi. Hadisə ilə əlaqədar olaraq ölkənin iki şəhərində karantin elan edilmişdi. Gürcüstanda "Astrazeneka" peyvəndi 15 mart 2021-ci ildə, "Pfizer” ilə peyvəndləmə prosesi 30 mart tarixində başladı. Avropa Dərman Agentliyinin verdiyi məlumata görə, AstraZeneca peyvəndi təhlükəsiz və təsirli bir seçimdir.


