12 
Apr
2021
11:51
1007

Gürcüstanın bir neçə bölgəsində o cümlədən, Kvemo Kartlidə məktəblərdə aprel ayından hansı yenilik olacaq? - AÇIQLAMA

Gürcüstanın təhsil sistemində ilk dəfə olaraq məktəblərdə sağlam, müsbət bir təhsil mühiti təmin edərək və valideynlərin məktəb həyatına cəlb olunmasını dəstəkləyən və şagirdlərə müxtəlif sosial maneələri aşmağa kömək edəcək sosial işçilər fəaliyyət göstərəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə,mandat xidməti tərəfindən elan olunan müsabiqənin ilk mərhələsində 28 ixtisaslı işçi seçilib. Xüsusilə, Gürcüstanın psixo-sosial xidmət mərkəzlərində, Tbilisi, Kaxeti, Kvemo Kartli, Acarıstan-Quria, İmereti və Raca-Leçxumi ofislərində aprel ayından başlanacaq.

"Müsabiqə yolu ilə əlavə 22 aplikant seçiləcək və nəticədə Gürcüstanın bütün bölgələrinin mərkəzlərində şagirdlərə və valideynlərinə müvafiq sosial xidmətlər göstərəcək sosial işçi fəaliyyət göstərəcək.

Gürcüstan Təhsil və Elm Nazirinin birinci müavini Ekaterine Dqebuadze, Mandat Xidmətinin rəhbər müavini Nino Şatberaşvili ilə birlikdə təhsil sistemində çalışan sosial işçilərlə görüş keçirdi və məktəblərdə sosial qayğı komponentinin gücləndirilməsinin vacibliyi barədə onlarla söhbət etdi.

Ekaterine Dqebuadzenin qeyd etdiyinə görə, sosial işçilərin ümumi təhsil sisteminə inteqrasiyası uşaqların təhsil prosesinə effektiv cəlb olunmasına mane olan amilləri azaldaraq aradan qaldıracaq. Bundan əlavə, onlar yeniyetmələrin valideynləri, qəyyumları və ya qanuni nümayəndələri ilə ünsiyyət prosesində fəal iştirak edəcəklər. Sosial işçilər səlahiyyətləri daxilində məktəblərdə və ailələrdə, uşaqları, valideynləri, qanuni nümayəndələri, müəllimləri və məktəb rəhbərliyi ilə maarifləndirici görüşlər keçirəcəklər”- Nazirlikdən bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər