12 
Apr
2021
08:37
918

"Rolls-Roys" rekorda imza atdı

“Rolls-Roys Motor Cars” 2021-ci ilin birinci rübündə 116 illik tarixinin ən yüksək satış miqdarına nail olub.

InterPress.ge xəbər verir ki, “Rolls-Roys” şirkəti hesabat dövründə 1 380 avtomobil satıb, bu da ötən ilin müvafiq dövrünə nisbətən 62 faiz çoxdur. Əvvəlki rekord isə 2019-cu ildə əldə edilmişdi.

Ən çox satılan qiyməti 335 min ABŞ dollarından başlayan, amma adətən 400 min dollardan baha satılan “Cullinan” tam ölçülü SUV modelidir. Həmçinin 332 min dollardan başlayan “Ghost” modelinə də maraq yüksəkdir.

Rekord satışların səbəbi kimi pandemiya dövründə bazarlardakı artım nəticəsində varidatları daha da artmış zənginlərin pul xərcləməyə meyilli olmaları göstərilir. Belə ki, “Rolls-Roys” ilin ikinci yarısında da sifarişlərdə artım gözlədiklərini açıqlayıb.

Həmçinin “Bentli”, “Lamborgini” kimi başqa lüks avtomobil istehsalçıları da son vaxtlar satışlarını artırıb.

Bizimlə əlaqə saxlayın