Daxili İşlər Nazirliyinin Imereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin Dedektivlər Şöbəsinin əməkdaşları, keçirilən operativ əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ittihamı ilə 1966-cı il təvəllüdlü İ.K.-nı Kutaisi şəhərində saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxsin üzərində aparılan axtarışlar zamanı hüquq-mühafizə orqanları 127 müxtəlif növ narkotik həb, 20 ədəd büllur, 22 ədəd narkotik həb qırıntıları götürüblər.
Gürcüstan Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz alınıb saxlanılmasını nəzərdə tutan 260-cı maddəsi ilə istintaq aparılır.
