Yanacağın bahalaşması ilə əlaqədar hökumət rəhbərliyinin binası qarşısında etiraz aksiyası başladı
Yanacağın bahalaşması ilə əlaqədar hökumət rəhbərliyi binasının qarşısında etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, etirazçıların əsas tələbi yanacaq qiymətlərinin endirilməsidir.
“Artıq ikinci aydır ki, bahalı yanacağın qiymətinə etiraz edirik. Bizim etirazımıza nə hökumət nə də idxalçılar diqqət yetirmir.
Tələblərimizdən biri də idxal özbaşınalığının tənzimlənməsi üçün parlament səviyyəsində bir komissiyanin yaradılmasıdır.
Yanacağa qoyulan aksiz vergisinin ləğv edilməsini də tələb edirik, bu gün bir cavab olmasa və hökumət bizə əhəmiyyət vermirsə, çadırları qurub etiraz aksiyasına davam edəcəyik. Tələblərimiz yerinə yetirilməzsə, etirazlar davam edəcək"- İrakli Qoqoladze.
Kiçik müəssisələrin nümayəndələri də hökumət rəhbərliyi binasının önündə "komendant saatı" nın ləğv edilməsini tələb edirlər.


