11 
Apr
2021
13:38
1888

SON DƏQİQƏ XƏBƏR: Mərkəz rəhbəri elan etdi: " Üçüncü dalğa başlayır"

"Gürcüstanda üçüncü koronavirus dalğası başlayır".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze InterpressNews-a açıqlama verib.

"Ölkədə, qaydalara və tövsiyələrə əməl edərək özümüzü saxlaya bilmiriksə, üçüncü dalğanın başladığını deyə bilərik"- dedi Qamğrelidze.

Məlumat üçün bildirək ki, Stopcov.ge saytında yayımlanan məlumatlara görə, son 24 saat ərzində antigen testləri ilə 16 878 test və 7 945 PCR testi daxil olmaqla, ölkə daxilində 24 823 test aparılıb.

Son 24 saat ərzində 707 koronavirus halı aşkar edilib.

Son 24 saat ərzində 592 nəfər virusdan sağalıb. Koronavirusdən səkkiz nəfər həyatını itirib.

Müsbət göstəricisinə gəlincə, 10 aprel tarixinə görə, gündəlik müsbət nisbət 2.85%, son 14 gün üçün 2.26% və 7 gün üçün 2.50% təşkil edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər