11 
Apr
2021
12:52
1040

Amiran Qamğrelidze Pasxa bayramı ilə bağlı əhaliyə müraciət etdi

"Pasxa günlərində qüvvədə olan məhdudiyyətlərə əlavə məhdudiyyətlərin tətbiq olunmamasına çalışmalıyıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.

“Cəmiyyət vəziyyətin ciddi olduğunu, kovidin hər gün 8-10 nəfərin ölümünə səbəb olduğunu və yoluxmuş insanların sayının artdığını anlamalıdır. Həqiqətən Pasxa günlərinin sakit qeyd edilməsini istəyirik və ölkədə əlavə məhdudiyyətlər qoymağa ehtiyacımız olmasın, ancaq bu mümkündür. Mövcud vəziyyət daha da pisləşsə də, tamamilə idarə olunur və yeni məhdudiyyətlərdən qaçmaq mümkündür.

Məsafəni qorumaq, maskadan istifadə etmək, gigiyena qaydalarına riayət etmək və izdihamlı yığıncaqlarda imtina etmək- bunlar əsas tövsiyələr olaraq qalır" - Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər