10 
Apr
2021
19:30
1519

InterPress.ge yeni “Kvemo Kartlidən hekayələr" adlı rubrikaya start verdi

InterPress.ge yeni “Kvemo Kartlidən hekayələr" adlı rubrikaya start verir.

Bu rubrika çərçivəsində maraqlı həyat hekayələri olan şəxslər haqqında artıq podkastlar dinləyə biləcəksiniz.

İlk qəhrəmanımız Gio Tskoroziadır. O, Dmanisidə, gürcü dilli məktəbdə 2-ci sinifdə oxuyarkən həyatında yeni etap başlayır. 9 yaşlı Gio, azərbyacanlıların yaşadığı Dmanisinın Səfərli kəndində, bibisi ilə bərabər yaşamağa başlayır. O, burada azərbaycan dilli məktəbə daxil olur və ilk gündən çox gözəl dostluq əlaqələri qurmağa başlayır. Gionun artıq 20 yaşı var və o ilk podkastımızda, öz hekayəsindən əlavə etnik azərbaycanlıların yaşadığı regionda, mövcud problemlər haqqında da danışır.

Gionun hekayəsi ilə daha yaxın tanış olmaq üçün, daha ətraflı podkastı dinləyin:

Müəllif: Gülgün Məmmədli

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər