Gürcüstanda bu gündən hava pisləşəcək
Bu gündən etibarən Gürcüstanda hava pisləşəcək.
InterPress.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Sinoptiklərin veriyi məlumata görə, Gürcüstanda yağış və güclü külək gözlənilir.
“9-12 aprel tarixlərində qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturu aşağı düşəcək, yağış yağacaq, dağlıq ərazilərdə bəzi yerlərdə güclü olacaq. Güclü qərb küləyi əsəcək, dənizdə 3-4 bal gücündə fırtına mümkündür.
9-12 aprel tarixlərində Şərqi Gürcüstanda əsasən yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Vaxtaşırı güclü qərb küləyi əsəcək.
Gürcüstanın dağlıq bölgələrində yüksək hava temperaturu nəticəsində qarın intensiv əriməsi müşahidə ediləcək ki, bu da çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, kiçik çaylarda daşqın yarada bilər və ölkənin dağlıq ərazilərində qar uçqunlarının əmələ gəlməsi və torpaq sürüşmələrinin yaranmasına və aktivləşməsinə səbəb bilər", - Milli Ətraf Mühitin yaydığı açıqlamada deyilir.


