Təhsil Nazirinin müavini məktəblərin nə vaxt distant təhsilə keçə biləcəyi ilə bağlı açıqlama verdi
“Məktəblərin məsafədən təhsilə keçmələri gündəlik statistikadan asılıdır, dinamika artar və ya azalarsa, Koordinasiya Şurası buna uyğun qərar verəcək”.
InterPress.ge xəbər verir ki, bu haqda Təhsil və Elm Nazirinin müavini Ekaterine Dqebuadze bildirib.
Dqebuadze bir daha vətəndaşları bütün qaydalara riayət etməyə çağırıb və hər bir vətəndaşın məsuliyyət göstərməli olduğunu qeyd edib.
“Təhsil Nazirliyi hər gün kovid vəziyyəti ilə bağlı açıqlama verir. Bu vəziyyətdə, şagirdlərimizin və tələbələrimizin təhsillərini davam etdirmələri üçün vətəndaşlarımızı bir daha Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara riayət etməyə çağırıram. Hər bir vətəndaşın göstərməli olduğu məsuliyyət budur. Distant təhsilə keçid gündəlik statistikadan asılıdır. Dinamikanın artması və ya azalması halında Koordinasiya Şurası buna uyğun qərar verəcək", - dedi Dqebuadze.


