Son 24 saat ərzində polis 100-lərlə şəxsi cərimələdi
Polis Kovid-19 ilə Mübarizə zamani 1509 qayda pozuntusunu aşkar etdi.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
Son 24 saat ərzində hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinqlər nəticəsində, qanunla müəyyən edilmiş qüvvədə olan 1509 qaydanın pozulması faktı aşkar edilmişdir. Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 126 fiziki və 2 hüquqi şəxsi cərimələyib. Cərimə olunanlar arasında axşam 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.
Bundan əlavə, son 24 saat ərzində İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən maska taxma qaydasını pozduğuna görə 1268 nəfər və maska taxma qaydasını dəfələrlə pozma halları ilə əlaqədar 113 nəfər cəzalandırıldırıldiği aşkar edilmişdir.
‘’Daxili İşlər Nazirliyi yenidən vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə ediləcəkdir. Maska taxma qaydasının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari məbləğində cərimə ilə nəticələnir, maska taxma qaydasının 42-ci maddəsinə əsasən dəfələrlə pozulmasi nəticəsində ( Cinayət Məcəlləsinin 11) 40 lari cərimə nəzərdə tutulur.
Təcrid və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə nəzərdə tutur. Təkrar cərimələr cinayət məsuliyyətinə səbəb olur. Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi, vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır’’, - deye bildirilir Daxili İşlər Nazirliyinin məlumatında.


