Bu gün 9 aprel faciəsindən 32 il ötür.
Interpress.ge xəbər verir ki, Gürcüstan miqyası ilə 9 aprel qurbanları yad edilir.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də 9 aprel qurbanlarının xatirəsini yad etdi.
Faiq Quliyev Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ilə birlikdə Gürcüstan Parlamentinin binası önündə 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər, abidənin önünə əklil qoydular və ölkənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etdilər.

