"Xahiş edirəm, sakitliklə, dincliklə, birliklə bu günə hörmət edək”,
lnterPress.ge xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili 9 aprel abidəsinə çələng qoyub və vəfat edən qəhrəmanlara ehtiramını bildirib.
Prezidentin qeyd etdiyinə görə, 9 aprel qəhrəmanlarına hörmət yalnız lalələrin gətirilməsi ilə ifadə olunmur.
“9 aprel qəhrəmanlarına hörmət lalələr gətirməklə və yalnız bu gün buraya gəlməklə ifadə olunmur. Bu, 9 aprel ruhlarına hörmət etməklə ifadə olunur, bu birlikdir, dinclikdir, müstəqilliyin nə demək olduğunu tam başa düşməkdir. Xahiş edirəm, sakitliklə, dincliklə, birliklə bu günə hörmət edək”, - dedi prezident.
