09 
Apr
2021
11:56
538

Amiran Qamğrelidze: "Epidemiya vəziyyəti pik həddə yaxınlaşır"

Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bir daha ictimaiyyəti koronavirusla bağlı tövsiyələrə əməl etməyə çağırıb.

InterPress.ge xəbər verir ki, Qamğrelidze bu haqda “Kronika”ya deyib.

Qamğrelidzenin dediyinə görə, epidemiya vəziyyəti pik həddə yaxınlaşır, bu da qaydaların və müəyyən tövsiyələrin pozulması ilə əlaqədardır. Onun sözlərinə görə, virusun ötürülmə indeksi diqqət çəkir. Eyni zamanda, xəstəxana sektoruna təzyiqlər artır.

“Bütün göstəricilər ölkədə epidemiya vəziyyətinin pisləşdiyini göstərir. Son 1 həftədə demək olar ki, hər gün 500-600 halı keçirik. Son 14 gün ərzində çoxalma indeksi artmaqdadır. Aktiv halların sayı da artır, yəni səhiyyə sektoruna təzyiq getdikcə artır”, - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın