7 Aprel 2021-ci ildə faciəvi şəkildə ölmüş Abxaziya ərazisində yaşayan Gürcüstan vətəndaşlarının xatirəsinə hörmət olaraq 2021-ci il 10 aprel tarixi Gürcüstanda matəm günü elan edildi.
InterPress.ge xəbər verir ki, dövlət bayraqları ölkənin bütün ərazisində 2021-ci il 10 aprel 00: 00-dan 11 aprel 00: 00-a qədər endiriləcək.
Fərman Baş nazir İrakli Ğaribaşvili tərəfindən imzalanıb.
Xatırladaq ki, 7 apreldə işğal xəttində, Gürcüstan tərəfinin nəzarətində, Enquri çayında 4 nəfərin cəsədi tapıldı. Mərhumların yaxınlarının sözlərinə görə, Qali sakinləri müxtəlif ehtiyaclar üçün dolama yolla Zuqdidiyə getməyə çalışıblar, bu zaman Enquri çayı daşıb və dörd nəfər boğularaq həyatını itirib.
