08 
Apr
2021
14:06
226

"Dəyiş" hərəkatının üzvləri Tbilisi Şəhər Məhkəməsinin həyətində aksiya-performans keçirdilər

"Dəyiş" hərəkatının üzvləri Tbilisi Şəhər Məhkəməsinin həyətində aksiya-performans keçirdilər.

InterPress.ge xəbər verir ki, bu barədə “Dəyiş” hərəkatının üzvü Nika Parulava açıqlama verib.

Fəallar aksiya ərazisinə "İvanişvili-Qavrilov Qanun Məcəlləsi" yazısı olan broşürlər aparmışdılar. Hərəkat üzvlərinin üzlərində şəhər məhkəmə hakimlərinin şəkillərini əks etdirən maskalar taxmışdılar. "Dəyiş" hərəkatının üzvü Nika Parulavanın bildirdiyinə görə aksiya/performans Gürcüstanda hər şeyin Qavrilov-İvanişvilinin əmri ilə işlədiyini nümayiş etdirməyə xidmət edir. Nika Melia Qavrilovun əmri ilə həbs olundu.

Məlumat üçün bildirək ki, Vahid Hakim Nino Çaxnaşvilinin qərarına görə, VMH partiyasının sədri, təqsirləndirilən Nika Melia öz məhkəmə proseslərində iştirak edə biləcək. Nika Meliyanın məhkəməsi təqsirləndirilən şəxslərin iştirak edə bilməsi üçün 13 aprel saat 11:00-a təyin edildi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər