08 
Apr
2021
09:26
579

Kubilius: "Ya böhranı həll edəcəksiniz ya da Gürcüstan əvəz ödəməli olacaq"

"Mövcud siyasi böhran vaxtında həll olunmalıdır".

InterPress.ge xəbər verir ki, Avropa Parlamentinin üzvü Andrius Kubilius bir daha Gürcüstanda gedən siyasi proseslərə münasibət bildirib.

“Avropanın bu səviyyədə siyasi böhrana qarışdığı başqa bir işi xatırlamıram. Anladığım kimi, problem Gürcüstanda, siyasi strukturlarda, siyasi partiyalardadır. Bu, siyasi qruplarda siyasi liderlik böhranıdır. Rəsmi və qeyri-rəsmi liderlərdir. Bu vəziyyət razılığa gəlməyi çətinləşdirir.

Bu səbəbdən dəqiq bir mesaj lazım idi - bu şəkildə davam edə bilməz. Gürcüstan ya AB rəsmilərinin məsləhəti ilə böhranı həll edəcək, ya da siyasi liderlərin böhranı həll edə bilmədiyi üçün Gürcüstan müəyyən bir əvəz ödəməli olacaq. Bu yeni bir şey deyil", - deyib Kubilius.

Bizimlə əlaqə saxlayın