07 
Apr
2021
13:41
230

Kapanadze: "Nika Melianın həbsxanada qalması uzun sürməyəcək"

“Nika Melianın həbsxanada qalması uzun sürməyəcək. Bir tərəfdən Avrointeqrasiya istəmək, digər tərəfdən isə siyasi məhbusların olması mümkün deyil”.

InterPress.ge xəbər verir ki, bu barədə “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Serqi Kapanadze qeyd edib.

Onun sözlərinə görə, Nika Melia siyasi məhbusdur və bu bütün beynəlxalq tərəfdaşların bəyanatlarında açıq aydın bildirilir.

“Nika Melia siyasi məhbusdur və bu bütün beynəlxalq tərəfdaşların bəyanatlarında açıq aydın bildirilir. Onun həbsi tamamilə qeyri adekvatdır. Məhkəmənin qəbul edəcəyi qərar bəlli deyil. Nika Melianın həbsxanada qalması uzun sürməyəcək. Bir tərəfdən Avrointeqrasiya istəmək, digər tərəfdən isə siyasi məhbusların olması mümkün deyil”- Serqi Kapanadze.

Məlumat üçün bildirək ki, “Vahid Milli Hərəkat”ın sədrinin Nika Melianın məhkəmə prosesi sabah 8 aprel tarixində Tbilisi şəhər məhkəməsində saat 11:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın