07 
Apr
2021
12:53
246

Qabal kəndində baş verən hadisə ilə bağlı bir nəfər saxlanıldı

Polis Laqodexidə yaralama faktını isti təqib nəticəsində açıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaq ittihamı ilə 1992-ci il təvəllüdlü A.M.-nı arelidə saxlayıb.

İstintaq A.M.-nin Laqdexinin Qabal kəndində yerləşən kafelərdən birində, mübahisə zəminində, 1986-cı il təvəllüdlü E.İ.-yə xəsarət yetirdiyini müəyyənləşdirdi.

Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra isti təqiblə təqsirləndirilən şəxsi saxlayıb.

Cinayət silahı - bıçaq sübut kimi götürülüb. Saxlanılan şəxs günahını etiraf edib. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə davam edir ki, bu da sağlamlığıa qəsdən ağır zərər vurmağı nəzərdə tutur.

Cinayət 3 ildən 6 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər