30 
Mar
2020
23:05
1180

Gürcüstanda yeni koronavirusa yoluxanların sayı yenə artdı

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 103-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5114, stasionar müalicədə isə 263 nəfər var. Virusa yoluxmuş şəxslərdən 20-i isə artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

Bizimlə əlaqə saxlayın