07 
Apr
2021
09:55
336

Gürcüstanda təbii qazdan 3 nəfər zəhərləndi

Axalçixedə təbii qazdan zəhərlənmə hadisəsi qeydə alınıb.

InterPress.ge xəbər verir ki, 9 aprel küçəsində yaşayış binasına qaz sızması nəticəsində üç nəfər zəhərlənib.

Təcili yardım xidmətinin verdiyi məlumata görə, hər üç vətəndaş Axalçixe Referal Xəstəxanasına aparılıb, onlardan ikisi azyaşlıdır.

Həkim Maia Kitiaşvilinin dediyinə görə, iki xəstənin - bir azyaşlının və bir yetkinin vəziyyəti orta ağırdır, üçüncüsü isə yerində tibbi yardım almaq məcburiyyətində qalmış və daha sonra isə klinikaya aparılmışdır.

"İnterqaz" şirkəti qaz sızması barədə məlumatlı olduqlarını və bu səbəbdən mütəxəssislərinin hadisə yerində çalışdıqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər