30 
Mar
2020
17:52
4821

SON DƏQİQƏ! Gürcüstanda ümumi karantin elan edildi

Gürcüstanda ümumi karantin elan edilir.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria brifinqdə danışıb.

Baş nazirin dediyinə görə, Gürcüstanda sabah saat 21:00-dan səhər altıya qədər komendant saatı olacaq.

“Fövqəladə vəziyyət müddəti ilə, faktiki olaraq tamamilə karantin elan edilir, saat 21:00-dan piyada, eləcə də nəqliyyatla bütün Gürcüstanda səhər saat altıya qədər hərəkət qadağan edilir. Faktiki olaraq bu deməkdir ki, ölkə miqyası ilə saat 21:00-dan səhər saat 06:00-a qədər komendant saatı elan edilir”, – Giorgi Qaxariya bəyan etdi.

- Ərzaq mağazaları və apteklər istisna olmaqla 3 nəfərdən artıq şəxsin toplanması qadağan edilir. Ərzaq mağazaları və apteklərdə isə iki metr sosial məsafə qorunmalıdır.

- 70 yaşdan böyük şəxslər ən yaxın ərzaq mağazası, aptek və tibbi müəssisə istisna olmaqla evdən çıxması qadağan edilir.

- Koronavirusla bağlı hökumətin qaynar xətti yaradılır. Qaynar xətt nömrəsi: 144

- Küçəyə çıxan hər bir vətəndaş şəxsiyyət vəsiqəsini götürməlidir.

- 24 saatlıq rejimdə çalışan müəssisələrin əməkdaşlarına xüsusi vərəqə veriləcəkdir.

Bizimlə əlaqə saxlayın