Qamğrelidze: “Əlavə, güclü məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməməsi üçün ilk növbədə..."
"Ölkə infeksiyanın intensiv daxili yayılma və üçüncü dalğanın ilkin mərhələsindədir".
InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze, əhalini bir daha tövsiyələrə əməl etməyə çağırıb.
Qamğrelidzenin sözlərinə görə, vətəndaşlar qaydalara əməl etməsələr, ölkədə daha güclü məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmaq məcburiyyətində qalacaqlar.
“Əlavə, güclü məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməməsi üçün ilk növbədə hamımız bu gün tətbiq olunan tövsiyələrə və məhdudiyyətlərə əməl etməliyik. Bunu etsək, böyük ehtimalla infeksiyanın daha da yayılmasını dayandıracağıq və radikal məhdudlaşdırıcı tədbirlər tətbiq etməyimizə ehtiyac olmayacaq. Əks təqdirdə, infeksiya yayılsa və infeksiyanın yayılma intensivliyi artsa, koordinasiya şurasında ölkədə daha güclü məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmaq məcburiyyətində qalacağıq, çünki daxili yayılma və üçüncü dalğanın ilkin mərhələsindəyik", - dedi Amiran Qamğrelidze.


