30 
Mar
2020
15:45
1141

Gürcüstan MSK-nın saytına haker hücumu olub, milyonlarla seçicinin şəxsi məlumatları oğurlanıb

Gürcüstanda milyonlarla seçicinin şəxsi məlumatı oğurlanaraq "zdnet.com" haker forumunda paylaşılıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilir ki, adı çəkilən saytda ölən vətəndaşlar da daxil olmaqla, ümumilikdə 4 934 863 milyon Gürcüstan vətəndaşının şəxsi məlumatları yerləşdirilib. Məlumatlar arasında seçicilərin ad və soyadı, ev ünvanı, doğum tarixi, mobil və ev telefonu nömrələri yer alıb. Məlumatın sayta martın 29-da yerləşdirildiyi və Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytına edilən haker hücumu nəticəsində ələ keçirildiyi bildirilib.

Gürcüstan Daxili İşlər nazirliyi faktla əlaqədar müvafiq araşdırmaların başladıldığını açıqlayıb.

Qeyd edək ki, Gürcüstan əhalisinin sayı 3.7 milyon nəfərdir.

Onların təxminən 1/3-i yetkinlik yaşına çatmayanlar və səsvermə hüququ olmayan şəxslərdir.

Bizimlə əlaqə saxlayın